CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kürdəmir məscidində ağlasığmaz olay

Məsciddə tapılan meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Sputnik
BAKI, 8 avqust - Sputnik. Kürdəmir sakini intihar edib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, hadisə rayonun Cəyli kəndində baş verib. Kənd sakini, 34 yaşlı Rüstəmov Vilayət Ramiz oğlu özünü kəndin məscidində asaraq intihar edib.
Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Eləcə də oxuyun:
Prokurorluq polis rəisinin özünü güllələməsi ilə bağlı cinayət işi açdı
Uşaqların gözü önündə ikiqat qətl