XXXII Olimpiya Oyunlarının bağlanış mərasimi Tokio Milli stadionunda baş tutdu. İyulun 23-dən avqustun 8-dək dünyanın ən güclü atletləri Yaponiya paytaxtında qüvvələrini sınadılar. 207 ölkədən 11,3 min idmançı 33 idman növündə 339 medal qazanmaq üçün yarışdı.
Sputnik Azərbaycan-ın məlumatına görə, ümumi medal sıralamasında ABŞ 39 qızıl, 41 gümüş və 33 bürünc medalla lider oldu. İkinci sıraya Çin (38-32-18), üçüncü sıraya Yaponiya (27-14-17), dördüncüyə Böyük Britaniya (22-21-22), beşinciyə isə Rusiya çıxdı (20-28-23).
Bağlanış mərasimində Azərbaycanı bir bayraqdar təmsil edirdi – Olimpiadanın gümüş medalını qazanan, üçqat dünya və Avropa çempionu Hacı Əliyev.
Mərasimin sonunda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Olimpiya bayrağını Ann İdalqoya, Parisin merinə verdi. Fransa paytaxtı 2024-cü ildə, iyulun 26-dan avqustun 11-dək növbəti, XXXIII Olimpiya Oyunlarını qəbul etməyə hazırlaşır.
Sputnik Azərbaycan mərasimdən ən parlaq məqamları təqdim edir.