Azərbaycan idmançıları üçün Tokio-2020 Yay Olimpiya Oyunları başa çatdı. XXXII Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən 44 idmançıdan yeddisi medal qazana bilib.
Ölkəmizə ilk medalı cüdo yarışlarında İrina Kinderzka (+78 kq) qazandırıb. Azərbaycanlı cüdoçu bürünc mükafata yiyələnib. Daha sonra boks yarışlarında Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşi üzrə yarışlarda Rafiq Hüseynov (77 kq) da bürüc medal qazanıblar.
Karataçi Rafael Ağayev (75 kq) yalnız finalda italiyalı Luici Busaya uduzaraq Olimpiadada ikinci olub. Qadın karateçimiz İrina Zaretska da (+61 kq) gümüş mükafata layiq görülüb.
Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Stadnik isə bu dəfə bürünc medalla kifayətlənib.
Sərbəst güləş üzrə yarışlarda Hacı Əliyev də qızıl medal qazana bilməyib. Yalnız finalda yaponiyalı Takuto Otoquroya uduzan H.Əliyev gümüş medal qazanıb.