CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Burada iş yerləri var: 180 vakansiyanı dövlət müəssisələri təklif edir

İşəgötürənlərin e-sistemə daxil etdikləri vakansiya sayı 1607-ə çatıb. Həmin vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi də davam edir.
Sputnik
BAKI, 6 avqust — Sputnik. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan "Məşğulluq marafonu"na qoşulan işəgötürənlərin sayı artmaqda davam edir.
Bu barədə Sputnik Azərbaycan-a ​​​Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ​İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi​ndən dazil olan məlumatda bildirilir. Xəbərə görə, son bir neçə gündə daha bir qrup işəgötürən də bu aksiyaya öz dəstəyini ifadə edərək vakansiyalarını müvafiq e-sistemə daxil edib. Beləliklə, marafona qoşulan işəgötürənlərin sayı artıq 375-ə çatıb. 180-ni dövlət, qalanı özəl müəssisə olan həmin işəgötürənlərin 221-i xidmət, 105-i emal, 32-I kənd təsərrüfatı, 17-si tikinti sahəsində fəaliyyət göstərir.
İşəgötürənlərin bu marafon çərçivəsində e-sistemə daxil etdikləri vakansiya sayı isə 1607-ə çatıb. Həmin vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi də davam edir və marafon çərçivəsində işlə təmin edilən şəxslərin sayı da artaraq 367-ə çatıb. Onlardan 280-i qazi, 87-si şəhid ailəsi üzvüdür və əksəriyyəti 18-29 yaşlarında olan şəxslərdir. Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyalarını bu linkə daxil olmaqla göndərə bilərlər. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə layihə çərçivəsində işlə təmin olunmaq üçün bu linkə daxil olaraq özləri haqqında məlumatları qeyd edərək müraciət edə bilərlər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq

Qeyd edək ki, bu ilin iyun ayının 10-dan işəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!" devizi altında yeni kampaniya -"Məşğulluq marafonu" başladıb.
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək marafonu bu istiqamətdə birgə səylərin gücləndirilməsinə hədəflənib. Məqsəd həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır.
Marafona qoşulmaq istəyən hər bir işəgötürən bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq. İşsiz və işaxataran şəhid ailəsi üzvləri və qazilərə həmin vakansiyalar üzrə göndərişlər veriləcək. "Məşğulluq marafonu"na qoşulan hər bir işəgötürən bununla həm də bir vətənpərvərlik nümunəsi göstərmiş olacaq.
Eləcə də oxuyun:
Müəllim olmaq istəyənlər üçün son gün
Son günlərin ən çox müzakirə olunan xəbəri: TN kimlərin iş yeri seçə biləcəyini açıqladı
Vətən müharibəsi iştirakçıları işlə təmin olundular