SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əfqanıstan Müdafiə Nazirliyi 400-dən çox talibin məhv edildiyini bəyan edib

Son aylarda Taliban kənd və sərhəd bölgələrinin böyük bir hissəsini ələ keçirib və böyük şəhərlərə hücuma başlayıb.  Vəziyyətin gərginləşməsi Amerika qoşunlarının çıxarılması fonunda baş verib.
Sputnik
BAKI, 6 avqust — Sputnik. Əfqanıstan hərbçiləri ötən gün ərzində Taliban hərəkatının 406 döyüşçüsünü məhv edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, ordunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində son bir gün ərzində Taliban qrupundan dörd yüz altı terrorçu məhv edilib, 209 nəfər isə yaralanıb.
Əfqanıstan Silahlı Qüvvələri 17 əyalətdə, o cümlədən Qəndəhar, Herat və Helmənddə əməliyyat həyata keçirib.
Son aylarda "Taliban" kənd və sərhəd bölgələrinin böyük bir hissəsini ələ keçirib və böyük şəhərlərə hücuma başlayıb. Vəziyyətin gərginləşməsi Amerika qoşunlarının çıxarılması fonunda baş verib.
2020-ci ildə Vaşinqton və Taliban nümayəndələri arasında Dohada 18 ildən çox davam edən müharibədə ilk sülh müqaviləsi imzalanıb. Həmin sənəd 14 ay ərzində xarici qoşunların Əfqanıstandan çıxarılmasını və əsirlərin mübadiləsindən sonra ölkədəki qüvvələr arasında dialoqun başlamasını nəzərdə tutur. Lakin bu danışıqlar hələ bir neçə "təlimat xarakterli" görüşdən irəli getməyib.
Həmçinin oxuyun:
Əfqanıstan hökuməti taliblərlə işləməyə hazır olduğunu bəyan edib
Taliblər irəliləyir, ABŞ şəhərləri bombalayır: 100 min qaçqın – bu, hələ başlanğıcdır