RUSİYA

"Sarmat"lar Rusiyada silahlanmaya 2022-ci ildə qəbul ediləcək

Uçuş testləri bu il başlanmalı və 2022 -ci ildə isə tamamlanmalıdır. 2022-ci ildə ilk alay STRQ-da xidmətə daxil olmalıdır.
Sputnik
BAKI, 6 avqust — Sputnik. Yeni "Sarmat" raketlərinin ilk alayı Rusiya Strateji Təyinatlı Raket Qüvvələrinə (STRQ) 2022-ci ildə daxil ediləcək. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Serqey Şoyqu deyib.
"Rusiyanın yeni "Sarmat" qitələrarası ballistik raketinin uçuş sınaqları 2021-ci ildə başlayıb və 2022-ci ildə tamamlanmalıdır. Raket Strateji Təyinatlı Raket Qüvvələrinə (STRQ) 2022-ci ildə də daxil olmağa başlamalıdır", - deyə nazir bildirib.
Cümə günü nazir Krasnoyarsk Maşınqayırma Zavodunu ziyarət edib. Burada müəssisənin istehsal emalatxanalarını araşdırıb, müəssisə rəhbərliyinin hesabatını dinləyib.
"Uçuş testləri bu il başlanmalı və 2022 -ci ildə isə tamamlanmalıdır. 2022-ci ildə ilk alayımız STRQ-da xidmətə daxil olmalıdır. Dəqiq yeri söyləməyəcəyəm", - deyə nazir "RİA Novosti"nin sualanı cavablandırıb.
Həmçinin oxuyun:
Rusiyanın hipersəs raketləri niyə ABŞ-ın F-35 və F-22-lərinin "istismarına mane olur"
Qütblər arasında uçmaq Rusiya "Sarmat"larının nəyinə gərəkdir?
Cəhənnəm üçlüyü: Moskvanı nüvə zərbəsindən xilas edən silah