İQTİSADİYYAT

Neftin qiyməti bir həftə ərzində güclü enişdən sonra bərpa olunmağa başlayıb

Neft qiymətləri bu il ən güclü həftəlik enişdən sonra cümə günü günortadan sonra yenidən yüksəlməyə davam edir.
Sputnik
 
BAKI, 6 avqust — Sputnik. Dünyada neft qiymətləri bu ilin ən güclü həftəlik enişindən sonra artmaqda davam edir.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, alqı-satqı məlumatlarından bəlli olub ki, neft qiymətləri cari ildə epidemioloji vəziyyətin pisləşməsi ilə bağlı ən güclü həftəlik enişdən sonra cümə günü əminliklə artıb.
Bakı vaxtı ilə 14:02-yə olan məlumata görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,48% artaraq 71,63 dollara çatıb. "WTI"ın sentyabr fyuçersləri 0,43% bahalaşaraq 69,39 dollara yüksəlib.
Neft qiymətləri bu il ən güclü həftəlik enişdən sonra cümə günü günortadan sonra yenidən yüksəlməyə davam edir. Həftənin əvvəlindən etibarən, "qara qızıl"ın qiymətləri epidemioloji vəziyyətin pisləşməsi fonunda 6% ucuzlaşıb.
Belə ki, Çində "delta" ştammına yoluxma sayının artması hərəkətə əlavə məhdudiyyətlərin tətbiq edilməsinə səbəb olub ki, bu da yanacağa olan tələbatı azaldır.
Eləcə də oxuyun:
Azərbaycan nefti bahalaşır
SOCAR İsveçrədə "yaşıl hidrogen" istehsal edən zavod tikəcək