BAKI, 6 avqust — Sputnik. Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Qara dənizdə keçirilən "Minalara qarşı əks tədbirlər - Dalğıc hazırlığı" kursunda iştirak edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, müxtəlif ölkələrin hərbi dənizçilərinin də iştirak etdiyi kursda minalara qarşı mübarizə üsulları, dənizdə antiterror əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında brifinqlər təqdim olunub və təcrübə mübadiləsi aparılıb.
Qeyd edək ki, hər il keçirilən bu kursun əsas məqsədi regional və qeyri-regional tərəfdaşlar arasında, eləcə də NATO ilə münasibətlərin qurulması və qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsidir.
Eləcə də oxuyun:
Zakir Həsənov Kəlbəcər rayonunda tikilməkdə olan təlim poliqonuna baxış keçirib
Əlahiddə Ümumqoşun Orduda xüsusi təlimin detalları
Zakir Həsənov ordunun döyüşə hazırlıq səviyyəsini yoxladı