BAKI, 6 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərindən ibarət dördüncü qrup qardaş Türkiyəyə yola salınır.
Sputnik Azərbaycan-ın məlumatına görə, qrupa 200 nəfərlik heyət və avadanlıqlar daxildir. Türkiyəyə yollanacaq qrup artıq Heydər Əliyev adına Beynəlxalq hava Limanındadır.
Qeyd edək ki, avqustun 5-də FHN Türkiyəyə növbəti xilasedici qrupla yanaşı, "BE-200ÇS" tipli amfibiya təyyarəsini də yola salmışdı.
Türkiyədə yanğınlar
Xatırladaq ki, iyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Hazırda 15 məntəqədə yanğının söndürülməsi davam edir, səkkiz gündə 167 yanğın ocağı isə nəzarət altına alınıb. Yanğın nəticəsində, son məlumatlara görə, səkkiz nəfər dünyasını dəyişib.
Türkiyə rəsmiləri hadisənin terror aktı olduğunu istisna etmirlər. Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib. Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.
Eləcə də oxuyun:
Prezident İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
Azərbaycanın amfibiyası Türkiyədə yanğını söndürməyə başlayıb
Azərbaycanlılar yanğınlara görə Türkiyə turlarından imtina etmək niyyətində deyillər
Azərbaycan yanğınsöndürənləri Türkiyədəki İES-ləri mühafizəyə götürüb