BAKI, 5 avqust — Sputnik. Azərbaycanın sərbəst güləş üzrə millisinin üzvü Turan Bayramov (74 kiloqram) Olimpiya turnirində medal qazanmaq şansını itirib.
Sputnik Azərbaycan bildirir ki, turnirin dörddəbir finalında İtaliya təmsilçisi Frank Çemizoya uduzan idmançımız Çemizonun finala çıxacağı təqdirdə bürünc medal uğrunda mübarizə apara bilərdi. Ancaq Kuba əsilli İtaliya təmsilçisi Belarus millisinin dağıstanlı legioneri Məhəmmədhəbib Şadiməhəmmədova 7:9 hesabı ilə uduzmaqla Bayramovun şansını puç edib.
----------
11:29
Turan Bayramov (74 kiloqram) sərbəst güləş üzrə Olimpiya turnirinin yarımfinalına vəsiqə qazana bilməyib.
Sputnik Azərbaycan xəbər verir ki, dörddəbir finalda Bayramov ikiqat dünya çempionu, 2016-cı il Rio-de-Janeyro Olimpiadasının bürünc mükafatçısı Frank Çemizo (İtaliya) ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub. Çemizo ilə döyüşdən əvvəl azərbaycanlı sərbəst güləşçi 1/8 final mərhələsində ukraynalı Vasili Mixaylovu 4:2 hesabı ilə məğlub edib.
Bayramov bürünc medal uğrunda mübarizə aparmaq şansını saxlayır. Əgər onun son uduzduğu rəqibi finala çıxarsa, idmançımız bürünc uğrunda döyüşəcək.
Bu arada, karate yarışlarında Azərbaycan nümayəndəsi Firdovsi Fərzəliyev (67 kiloqram) qrup mərhələsinin ilk oyununu uğursuz keçirib. İlk döyüşündə o, türkiyəli karateçi Eray Şamdana 1:7 hesabı ilə məğlub olub. Fərzəliyevin növbəti görüşü yaponiyalı Naoto Saqoya ilə olacaq. Həmçinin "A" qrupunda azərbaycanlı karateçi Darhan Assadilov (Qazaxıstan) və Əli Elsaniyə (Misir) qarşı döyüşlərdə iştirak edəcək.
Tokio Olimpiya Oyunlarında Azərbaycanın artıq 31 idmançısı çıxışlarını başa vurub ki, bunlardan üçü bürünc medal qazanmağı bacarıb - cüdoçu İrina Kindzerska (78 kiloqramdan yuxarı), boksçu Alfonso Dominges (81 kiloqram) və güləşçi Rafiq Hüseynov (77 kiloqram).
Qalan günlərdə Olimpiadada daha altı azərbaycanlı idmançı, həmçinin bədii gimnastika komandası çıxış edəcək. Tokioda Olimpiya Oyunları bazar günün, avqustun 8-də başa çatacaq.
Eləcə də oxuyun:
Tokioda medal uğrunda döyüş: Azərbaycanlı güləşçi ermənini belə məğlub etdi
Rafiq Hüseynov Ermənistan idmançısını məğlub edib Olimpiadanın bürünc medallarını qazandı