RUSİYA

Putin koronavirusla əlaqədar dəyişən vəziyyətə reaksiya verməyə çağırıb

Videokonfrans formatında keçiriləcək müşavirədə ölkənin sosial-iqtisadi inkişçafına dair aktual məsələlər müzakirə olunur.
Sputnik
BAKI, 5 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, hamı artıq koronavirus mövzusundan yorulub, lakin dəyişən vəziyyətə reaksiya vermək lazımdır. RF lideri bu gün hökumət üzvləri ilə videokonfransa rejimində müşavirə keçirir.
"Bugünkü görüşümüzü COVID-19-la mübarizədəki vəziyyətlə açmaq istəyərdim. Aydındır ki, hamı artıq bütün bu mövzulardan və söhbətlərdən yorulub, buna baxmayaraq, biz dəyişən vəziyyətə reaksiya verməliyik", - prezident müşavirəni açarkən deyib.

RF liderinin hökumət üzvləri ilə müşavirəsi

Rusiya prezidenti Vladimir Putin cümə axşamı hökumət üzvləri ilə müşavirə keçirəcək. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, müşavirədə ölkənin sosial-iqtisadi inkişçafına dair aktual məsələlər müzakirə olunacaq.
"Vladimir Putin avqustun 5-də Rusiya Federasiyası höpkuməti üzvləri ilə videokonfrans formatında növbəti müşavirə keçirəcək. İclasda ölkənin sosial-iqtisadi inkişçafına dair aktual məsələlər müzakirə olunacaq", - deyə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.
Eləcə də oxuyun:
ABŞ rusiyalı diplomatlara bir ay vaxt verdi
ABŞ-ın hipersəs uğursuzluğu: xərclənmiş böyük məbləğdə pullara rəğmən raket işə düşmür
"Ukraynadan yorulma var" - politoloq "Şimal axını-2" ətrafındakı vəziyyət barədə