BAKI, 4 avqust — Sputnik. İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin ilk 6 ayı ərzində ölkə üzrə 2 milyon 74 min 276 vətəndaşa 9 milyon 234 min 527 tibbi xidmət göstərilib. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 4 milyon 411 min 676 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 7 milyon 795 min 567-si ambulator, 1 milyon 438 min 960-ı isə stasionar şəraitdə göstərilib. Bu xidmətlərdən 7 milyon 664 min 658-i (83 faiz) 18 yaşdan yuxarı, 1 milyon 569 min 869-u (17 faiz) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, cari ilin birinci yarımilində 13 tibbi ərazi bölməsi (TƏB) üzrə əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricilər:
Əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ardıcıllıq: Bərdə-Yevlax TƏB (1022), Şəki-Zaqatala TƏB (755), Quba-Xaçmaz TƏB (714), Göyçay-Kürdəmir TƏB (680), Gəncə TƏB (618), Dağlıq-Şirvan TƏB (593), Şəmkir-Tovuz TƏB (408), Bakı TƏB (378), Ağdam-Ağcabədi TƏB (318), İmişli-Sabirabad TƏB (291), Sumqayıt TƏB (231), Cəlilabad-Salyan TƏB (231) və Lənkəran TƏB (196).
Xidmət sayına əsasən ardıcıllıq: Bakı TƏB (1 milyon 660 min 607), Bərdə-Yevlax TƏB (1 milyon 563 min 530), Şəki-Zaqatala TƏB (1 milyon 83 min 810), Quba-Xaçmaz TƏB (1 milyon 59 min 133), Gəncə TƏB (869 min 711), Göyçay-Kürdəmir TƏB (559 min 510), Dağlıq Şirvan TƏB (537 min 409), Şəmkir-Tovuz TƏB (459 min 617), Ağdam-Ağcabədi TƏB (377 min 355), İmişli-Sabirabad TƏB (337 min 82), Lənkəran TƏB (261 min 184), Sumqayıt TƏB (259 min 582) və Cəlilabad-Salyan TƏB (205 min 997).
Ambulator xidmət sayına əsasən ardıcıllıq: Bərdə-Yevlax TƏB (1 milyon 338 min 133), Bakı TƏB (1 milyon 310 min 866), Şəki-Zaqatala TƏB (992 min 210), Quba-Xaçmaz TƏB (861 min 87), Gəncə TƏB (680 min 467), Göyçay-Kürdəmir TƏB (487 min 672), Dağlıq Şirvan TƏB (469 min 972), Şəmkir-Tovuz TƏB (418 min 957), Ağdam-Ağcabədi TƏB (352 min 107), İmişli-Sabirabad TƏB (275 min 157), Lənkəran TƏB (230 min 948), Sumqayıt TƏB (207 min 781) və Cəlilabad-Salyan TƏB (170 min 210).
Stasionar xidmət sayına əsasən ardıcıllıq: Bakı TƏB (349 min 741), Bərdə-Yevlax TƏB (225 min 397), Quba-Xaçmaz TƏB (198 min 46), Gəncə TƏB (189 min 244), Şəki-Zaqatala TƏB (91 min 600), Göyçay-Kürdəmir TƏB (71 min 838), Dağlıq-Şirvan TƏB (67 min 437), İmişli-Sabirabad TƏB (61 min 925), Sumqayıt TƏB (51 min 801), Şəmkir-Tovuz TƏB (40 min 660), Cəlilabad-Salyan TƏB (35 min 787), Lənkəran TƏB (30 min 236) və Ağdam-Ağcabədi TƏB (25 min 248).
Sözügedən müddət ərzində ölkə üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs, həzm, sidik-cinsiyyət sistemi xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, mamalıq və ginekologiya, habelə sinir sistemi xəstəlikləri ilə bağlı olub.
Agentliyə daxil olan hesabatlara əsasən, 2021-ci ilin yanvar-iyun ayları ərzində dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 8650 göndəriş verilib. Bu göndərişlərin 3882-si invaziv kardiologiya, 1192-si oftalmologiya, 817-si ürək-damar cərrahiyyəsi, 728-i urologiya, 706-sı radiologiya, 472-si neyrocərrahiyyə, 187-si kardiologiya, 143-ü travmatologiya, 4-ü isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 519 təşkil edib. Göndərişlərin 7976-sı (92 faiz) planlı, 674-ü (8 faiz) isə təcili əsasla qeydə alınıb.
Həmçinin ilkin hesablamalara görə, cari ilin ilk 6 ayı ərzində ölkə üzrə 7386 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlarla və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib ki, bu şəxslərin 260 nəfərini uşaqlar təşkil edib. Ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 2353, oftalmologiya üzrə 904, urologiya üzrə 437, neyrocərrahiyyə üzrə 327, travmatologiya üzrə 279, LOR üzrə 123, ümumi cərrahiyyə üzrə 37, digər sahələr üzrə 14, mamalıq və ginekologiya üzrə isə 8 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 101 nəfərini 18 yaşdan aşağı şəxslər təşkil edib. Eyni zamanda, 2904 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib.
Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir. 2020-ci il yanvarın 1-nə olan rəsmi məlumata əsasən ölkədə icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 9 milyon 607 min 500 nəfər təşkil edir.
Həmçinin oxuyun:
İcbari tibbi sığorta tətbiq edilir, amma hamı özəl xəstəxanlara axışır - İlginc səbəblər