"Ukraynadan yorulma var" - politoloq "Şimal axını-2" ətrafındakı vəziyyət barədə

Layihə işə düşdükdən sonra Aİ-nin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunda çıxış etmək istəyi azalacaq. Amerikalı şərhçi Con Rül bu fikirdədir. Radio Sputnik-in efirində politoloq Yuri Svetov bu nəzər nöqtəsini dəyərləndirir.
Sputnik
BAKI, 4 avqust — Sputnik. "Şimal axını-2" işə düşəndən sonra Rusiya Ukraynanı "cəzalandıra" biləcək. Amerikalı şərhçi Con Rül National Interest-dəki məqalədə belə yazıb. Məqalədə iddia edilir ki, Rusiya qazının tranzitinin mümkün xeyli dərəcədə azalmasından Kiyevi yalnız iqtisadi itkilər riski gözləmir, ölkə həm də həyati vacib enerji mənbəyinə çıxışı itirə bilər.
Rülün fikrincə, onun üçün yeni şərtlərdən dolayı geniş beynəlxalq "qınağa" qmid edə bilməz.
"Rusiya özünün Qərbi Avropadan olan müştərilərinin maraqlarına toxunmadan Ukrayna vasitəsi ilə qaz tranzitini məhdudlaşdıraraq bu ölkəni cəzalandıra biləcəyi üçün Aİ-nin vasitəçi qismində çıxış etmək istəyi azalacaq", – Rül bildirib.
Sputnik radiosunun efirində politoloq Yuri Svetov bu mövqeyi şərh edib.
"Məncə, burada həqiqətlə yalan qarışıb. Yalan ondan ibarətdir ki, qorxutmaq istəyirlər, Rusiya üçün "Şimal axını-2"nin iqtisadi layihə yox, siyasi təzyiq aləti olduğunu sübut etmək istəyirlər. Bu qorxu nağıllarının məntiqi ilə Rusiya Ukraynanı cəzalandırmağı, ondan qisas almağı çox istəyir. Bütün bunları Rusiya prezidenti Vladimir Putinin açıq şəkildə Rusiyanın "Şimal axını-2" işə düşəndən sonra Ukrayna ərazisi ilə tranzitini davam etdirməyə hazır olduğunu, lakin bunu qarşılıqlı faydalı şərtlərlə edəcəyini bəyan edib", – Yuri Svetov deyir.
Onun fikrincə, amerikalı şərhçi bəzi məsələləri isə düz qeyd edib.
"Həqiqət ondadır ki, "Şimal axını-2" çox uzun müddət beynəlxalq münasibətlərin gündəmindədir və orada həddindən böyük yer tutur. Bu iqtisadi layihədir, ondan isə beynəlxalq münasibətləri korlamaq üçün istifadə edirlər. Ukrayna rəhbərliyinin daimi tələbləri və iddiaları ucbatından beynəlxalq ictimaiyyət Ukraynadan yorulub. İddialar hamıya qarşı irəli sürülür – Amerikaya, Almaniyaya, NATO-ya, Aİ-yə. Siz borclusunuz, siz etməlisiniz. Lakin heç kim onlara heç nə borclu deyil. Ukraynanın öz maraqıarə var - özü də onları qorumalıdır. Və beynəlxalq münasibətlərdə tədricən qavrama mərhələsi gəlir: Ukraynaya Rusiya ilə danışmaq, "Şimal axını-2"nin buraxılışından sonra tranzit barədə razılaşmaq lazımdır", – Yuri Svetov yekunlaşdırıb.
Eləcə də oxuyun:
"Uzun sürən oyun": ABŞ senatorlarının "Şimal axını-2" ilə bağlı ultimatumları
Güclənən Rusiya, məğlub edilmiş Qərb – pandemiyadan sonrakı vəziyyəti politoloq şərh edir
Bayden və Merkel "Şimal axını" ilə bağlı razılığa gəldilər