BAKI, 4 avqust — Sputnik. Avqustun 5-dən etibarən Bakıda iki avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.
Məlumatda bildirilir ki, Bəhruz Nuriyev küçəsinin Qara Qarayev prospektindən Elşən Süleymanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılacaq.
Verilən məlumata görə, bununla əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ küçələrdən təşkil ediləcək.
Eləcə də oxuyun:
Polis Bakıda reyd keçirib, avtobus sürücülərinə xəbərdarlıq edilib
Daha üç istiqamətə də gecə reysləri bərpa edildi
Bakının əsas prospektlərindən birində qəzaların qarşısını almaq üçün yenilik