BAKI, 4 avqust — Sputnik. Amerikakanın birinci hipersəsli raketinin prototipinin bir sıra uğursuz sınaqları, ABŞ-ın bir neçə il əvvəl bu raketləri silahlanmalarına daxil etmiş Rusiya və Çindən texnoloji baxımdan geridə qaldığını göstərir. Yüksək texnologiyalar metafizik şəkildə Vaşinqton geosiyasətinin aşağı hədəflərindən kənar dolaşırlar.
ABŞ-ın Hərbi Hava Qüvvələri iyulun 28-də növbəti dəfə AGM-183A Air-Launched Rapid Response Weapon (ARRW) hipersəsli raketinin yay sınaqlarında uğursuzluğa düçar olublar. Kaliforniyanın cənub sahillərində B-52H Stratofortress bombardmançısından ayrılan "Super duper missile" (Donald Trampın xarakteristikası) işə düşməyib. İlkin nümunə Sakit okeana düşüb.
Aprel sınağı AGM-183A raketinin daşıyıcı təyyarənin qanadından ayrılmaması və uğurla Edvards bazasına qayıtması ilə sona çatıb.
Müqayisə üçün Rusiyanın "Xəncər" hipersəsli raket sistemi 2017-ci ilin dekabrında HKQ tərəfindən qəbul edilib. Strateji təyinatlı raket qüvvələrində "Avanqard" hipersəs blokları 2019-cu ildən döyüş növbəsindədir. Rusiya Hərbi Dəniz Donanması gəmi əleyhinə "Sirkon" hipersəs raketinin dövlət sınaqlarını tamamlayır. Rusiya Federasiyasının Aerokosmik Qüvvələri üçün uzun məsafəli hipersəs X-95 raketi hazırlanır.
ABŞ hava bazalı hipersəs raketin (ARRW) perspektivli inkişafını 2022-ci ildə yekunlaşdırmağı planlaşdırılır. Üstəlik AGM-183A məhsulunun istənilən rus analoqundan üstün olacağı vəd edilir. Reallıq isə başqadır.
Amerikalılar 5 Maxdan yüksək hipersəs surətinə nail olmağı hələ ki, xəyal edirlər. Rusiya istehsalı olan "Avanqard" hipersəs blokun uçuş surəti 28 Maxa qədərdir. "Xəncər" və "Sirkon" isə 10 Maxa qədər surətlənə bilirlər.
Çin istehsalı olan 10 Max sürətinə çatan orta məsafəli hipersəs DF-17 2019-cu ildən xidmətdədir və bu, ABŞ-ın yüz milyardlarla dollarlar"dövr etdiyi" hərbi-sənaye kompleksinin son texnoloji alçaldılmasında son damcıdır.
Hipersəsi almaq mümkün deyil
ABŞ Hərbi Hava Qüvvələri 2022-ci maliyyə ili üçün məxfi layihələrə yönəldilən 39 milyard dollar daxil olmaqla, 212,8 milyard dollar tələb edir. Bu, 2021-ci il büdcəsinə (205,5 milyard dollar həcmində) nisbətən 7,3 milyard dollar çoxdur. Hipersəs silahlarının (ARRW hava raketləri daxil olmaqla) inkişafı üçün maliyyələşmə 386 milyon dollardan 438 milyon dollara yüksələcək.
Xatırladaq ki, AGM-183A-nın 2018-ci ildə hazırlanmasına başlanılıb və Lockheed Martin şirkəti 480 milyon dollarlıq müqavilə əldə edib. Layihə məsafəsi 1600 km, sürəti isə 20 Maxdır. Üç il ərzində yüz milyonlarla dollar yalnız AGM-183A prototipinin mühərriklərində bir kilometr belə uçmamasını təmin etmək üçün xərclənib. İyulun əvvəlində mövcud olmayan hipersəs raketin "qeyri-adi dizayn"ı olan qəlpə-füqas döyüş hissəsinin qiymətli sınağı absurd bir sirkə bənzəyir.
"The Drive" nəşrinin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri yay uçuş sınaqları cədvəlindən ən azı yeddi ay geri qalır. İlk döyüş buraxılışının 2020-ci ilin sonunda keçirilməsi planlaşdırılırdı. ABŞ-ın Rusiyadan geriləməsi ən azı on il ilə ölçülür.
Qeyd edək ki, Amerika hipersəs raketləri Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və ABŞ Ordusu üçün eyni dərəcədə uğursuz hazırlanır, lakin Vaşinqton yaxın gələcəkdə hipersəs silahların hazırlanması üçün 3,2 milyard dollar göndərmək niyyətindədir.
Amerikanın dünyası planetdəki bütün rahat (arzulanan) əşyaları və obyektləri, hətta xarici alimlər və siyasətçilərin də daxil olmaqla satın alına biləcəyi hipermarketi xatırladir. ABŞ-ın hərbi büdcəsi 700 milyard dolları çoxdan keçib və yenə də hərbi sənaye kompleksi Pentaqon üçün hətta böyük pula belə hipersəsli raketlər hazırlaya bilmir. Hipersəs - parlaq, lakin yeganə nümunə deyil.
Vaşinqton belə güclü, qənaətli, yüngül, fantastik dərəcədə etibarlı istehsal texnologiyasını mənimsəyə bilmədiyi ücün uzun illərdir ki, Moskvadan RD -180 kosmik mühərriklər almaqdadır. Məsələnin mahiyyəti pulun miqdarında deyil. Milli xarakter və ənənələrin xüsusiyyətlərinə əsaslanan elmi və yaradıcı motivasiyanın keyfiyyətcə fərqli bir səviyyəsi var. Əks təqdirdə, elmi məktəblərin inkişafını, Rusiyanın və ya Çinin yüksək texnologiyalı silahların yaranmasını (daha az vəsaitlə) izah etmək mümkün deyil.
Nəyə görə
Moskva və Pekin əsasən öz ərazilərini müdafiə etmək üçün hipersəsli raketlər istehsal edirlər. Ekspertlər tərəfindən müzakirə edilən Rusiya raketlərinin Kubaya qayıtması, yeni dünya nizamı layihəsi deyil, daha doğrusu hərbi-siyasi qorxu hekayəsidir. Rusiya və Çin hərbi qarşıdurmaya maraq göstərmir və kollektiv Qərbin aqressiv təbiətinə görə silahlanmaq məcburiyyətindədirlər. Varşava blokunun könüllü buraxılışı NATO-nun şərqə doğru genişlənməsinə səbəb olub. Moskvanın ADR və AFR birləşməsinə razılığı Bundesverin bölmələrinin Baltikyanı ölkələrdə peyda olması ilə nəticələnib. Narahatedici tendensiya təkcə Avropada müşahidə olunmayıb.
ABŞ keçən ilin avqust ayında Okinavada perspektivli F-15EX qırıcılarının və mövcud olmayan AGM-183 hipersəsli raketlərinin Pekin və Pxenyan istiqamətində yerləşdiriləcəyini elan etib. Məhz ona görə ki, ÇXR və KXDR "Asiya-Sakit okean bölgəsində Amerika hökmranlığına getdikcə daha çox təhlükə yaradır". Çin və Şimali Koreyalıların ABŞ təhlükəsizliyinə təhdidlərindən söhbət getmir, lakin "hökmranlıq" üçün ABŞ Hərbi Hava Qüvvələrinin yeni F-15EX ağır qırıcısı "Çin və Koreyadakı quru hədəflərinə hücumları üçün" mütləq hipersəsli raketləri daşımalıdır. Və bu, Avrasiyanın 2050-ci illərə qədər, yəni F-15EX qırıcılarının istismarının planlı şəkildə tamamlanmasına qədər olan perspektividir.
Qoy "super-puper-raket" hələ uçmasın, amma ABŞ 2021-ci ilin əvvəlində artıq 8 F-15EX qırıcısının (1,2 milyard dollarlıq müqavilə) maliyyələşdirilməsini təsdiqləyib. Bütün birinci partiya üçün gözlənilən xərclərin həcmi təxminən 23 milyard dollardır. Pentaqon və silah korporasiyaları vergi ödəyicilərinin dolları ilə yuyunurlar, ABŞ-da sosial sahədə hesablar ödənilməmiş qalır, Pentaqonun "demokratikləşdirdiyi" Əfqanıstan ondan çox qonşu ölkədə sabitliyi pozur. Bəs Amerikanın missiyası nədir?
ABŞ-ın qədim "The Nation" jurnalı qeyd edir: "Rəsmi Vaşinqtonda, planetin bir çox yerində müharibə vəziyyətində olan ölkənin əslində nə etdiyinə dair demək olar ki, heç bir müzakirələr yoxdur". Nəşr belə nəticəyə gəlir: ABŞ üstünlük missiyasını, yəni müxtəlif ölkələrə və xalqlara qarşı zülm və istismar həyata keçirir - məhz bunun üçün Antarktidadan başqa bütün qitələrdə 800-ə yaxın Pentaqon bazası mövcuddur.
Yüksək texnologiyalar metafiziki cəhətdən ABŞ geosiyasətinin aşağı hədəflərindən kənar dururlar. Bu səbəbdən AGM-183A uçmur. Rusiya və Çin sürətlə irəliləyir, onlar üçün bu yarışdakı əsas mükafat ədalətli çoxqütblü dünyadır.
Eləcə də oxuyun:
Rusiyanın döyüş robotları insanların həyatını yaxşılaşdırır
Türkiyə S-400-lərlə bağlı Rusiya ilə əməkdaşlığı davam etdirəcək
Rusiya yeni "Məhşər günü" təyyarələrini inşa edir: üçüncü nəslin xüsusiyyətləri