CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yekaterinburqda sərnişin təyyarəsi məcburi eniş edib

Hadisə ilə əlaqədar Sverdlovsk nəqliyyat prokurorluğunda uçuşların təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı yoxlamaya başlanıb.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Hidrosistemdə baş verən nasazlıq üzündən Nordwind aviaşirkətinə məxsus sərnişin təyyarəsi Rusiyanın Yekaterinbuqr şəhərində məcburi eniş edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, göyərtəsində 148 sərnişin, o cümlədən 41 uşağın olduğu təyyarə uğurla hava limanına enib.
"Avqustun 3-də, yerli vaxtla saat 05.54-də Nordwind aviaşirkətinə məxsus təyyarənin komandiri yaşıl hodrosistemin işləmədiyi barədə məlumat verib. Ekipaj "Koltsovo" hava limanında eniş etmək barədə qərar qəbul edib", - deyə məlumatda bildirilir.
Hadisə ilə əlaqədar Sverdlovsk nəqliyyat prokurorluğunda uçuşların təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı yoxlamaya başlanıb.
Eləcə də oxuyun:
AZAL Zəngəzur üzərindən uçuş həyata keçirir? Rəsmi açıqlama
Nazirlər Kabinetindən yeni qərar