CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rafiq Hüseynov Ermənistan idmançısını məğlub edib Olimpiadanın bürünc medallarını qazandı

Tokiodakı Yay Olimpiya Oyunlarında Azərbaycanın üç idmançısı bürünc medallara sahib olub. Üçüncü medalı güləşçi Rafiq Hüseynov qazanıb.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü medalını qazanıb.
Bu dəfə yunan-Roma güləşçisi Rafiq Hüseynov ölkəmizə medal gətirib. 33 yaşlı pəhləvanımız 77 kiloqram çəki dərəcəsində bürünc medal əldə edib. Hüseynov üçüncü yer uğrunda görüşdə Ermənistanın təmsilçisi Karapet Çalyana 4:1 hesabı qalib gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, bir gün əvvəl dörddəbir finalda məğlub olan idmançımız bürünc medallar uğrunda mübarizə aparmaq hüququnu qazanıb. 
Rafiq Hüseynov Mərkəzi Ordu İdman Klubunun təmsilçisi, Azərbaycan SQ-nin baş leytenantıdır.
Qeyd edək ki, daha əvvəl yarışa qoşulan qadın güləşçi Elis Manolova (68 kq) Tokio-2020-ni medalsız başa vurub. daha bir yunan-Roma güləşçimiz İslam Abbasov da Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazanmaq imkanını əldən verib. 87 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində kubalı Daniel Heçavarria məğlub olub.

30 atletimiz Oyunlarda iştirakını başa vurub

Tokiodakı Olimpiya Oyunlarında 30 Azərbaycan idmançısı çıxışlarını yekunlaşdırıb. Bunlardan cüdoçu İrina Kindzerska (78+ kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medal qazanıblar.
Ondan əlavə boksçumuz Alfonso Dominqes də (81 kq) yarımfinalda məğlub olmasına rəğmən bürünc medala sahib olub.
Taekvondoçular Fəridə Əzizova (67 kq) və Murad Beygi Xarçeqani (80 kq), qılıncoynadan Anna Başta, cüdoçular Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zəlim Kotsoyev (100 kq), Uşangi Kokauri (100+ kq) və Aişə Qurbanlı (48 kq),
boksçular (Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev )91+ kq),
üzgüçülər Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah, gimnastlar İvan Tixonov və Marina Nekrasova, velosipedçi Elçin Əsədov, atıcı Emin Cəfərov, triatlet Rostislav Pevtsov, badmintonçu Edi Reski Dviçayo və yüngül atlet Anna Skidan və Nazim Babayev, atıcılar Ruslan Lunev, güləşçilərimiz İslam Abbasov (87 kq) və Elis Manolova (68 kq) Olimpiadada uğur qazana bilməyiblər.
Azərbaycan Tokio-2020-də
Tokioda Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-nə kimi keçirilir.
Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edir. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edirlər.
Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.
2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.
Eləcə də oxuyun: