CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qusarda restoran icarədarı 20 gün müddətinə inzibati həbs edildi

Obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı “Daymond” restoranında rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması hallarının müşahidə olunduğu toy mərasiminin keçirilməsini müəyyən edilib.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Qusar rayon məhkəməsinin qərarı ilə restoranın icarədarı  Elvin Tahirov  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq  20 gün müddətinə inzibati həbs edilib.
Nazirliyin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
Qeyd edək ki, DİN tərəfindən hər gün gecə klubları, şadlıq saraylarında monitorinqlər aparılır, karantin qaydalarını pozan şəxslər cəzalandırılır.
Paytaxtın Nərimanov rayonunda yerləşən "İnfiniti" gecə klubunda karantin qaydalarının pozulması ilə bağlı KİV-də yayılan görüntülər Nərimanov Rayon Polis İdarəsində araşdırılıb. Klubun icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000, mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimə ediliblər.
Eləcə də oxuyun:
Toya buraxılmayanların sayı açıqlandı
Toylara görə monitorinq - Həbs edilən var