SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan Qarabağa dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olacaq

Azərbaycan və Rusiya ekspertləri Ermənistanın baş nazirinin davranışına fərqli baxırlar. Lakin politoloqlar bir məsələdə yekdildirlər - Paşinyanın qeyri-konstruktiv hərəkətləri ona karyerası hesabına başa gələ bilər.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan avqustun 2-də Nikol Paşinyanın baş nazir təyin olunması barədə fərman imzalayıb.
İndi 15 gün müddətində Nazirlər Kabineti formalaşdırılmalıdır. Ondan sonra hökumət başçısı 20 gün ərzində parlamentə öz proqramını təqdim etməlidir.
Sputnik Azərbaycan ekspertlərdən bölgədə vəziyyətin inkişafına dair fikirlərini öyrənib.

Paşinyan olan-qalan hörmətini itirməkdən qorxur

Politoloq Tofiq Abbasov Ermənistanın Paşinyan tərəfindən yürüdülən hazırkı siyasətini "çox dağınıq, Yerevanın hərtərəfli sülh əldə olunması üçün yollar axtardığını sübut edən heç bir inandırıcı kütləyə malik olmayan" kimi dəyərləndirib.
Onun fikrincə, Azərbaycan-Ermənistan sərhədinə indi baş verənlər təsadüfi deyil: "Bölgədə vəziyyətin gərginləşməsinin arxasında duran bütün qüvvələr, o cümlədən, xarici qüvvələr baş verənləri Azərbaycanın, yəni, Rusiyanın mövqelərini əlindən almaq və Qarabağ üzrə üçtərəfli razılaşmaların ləğvi üçün son şans kimi nəzərdən keçirirlər".
"Paşinyan şübhəsiz ki, bu bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən qaçmağa ümid edir. O başa düşür ki, əgər onlar həyata keçsələr, Ermənistanda bu addımları hökumət tərəfindən atılmış qeyri-populyar hərəkətlər hesab edəcək və o öz imicini, ola bilsin ki, kreslosunu qurban verəcək", - Abbasov deyib.

Bakının qoyduğu status-kvonu qəbul etməyin vaxtıdır

Lakin Abbasovun sözlərinə görə, bu öhdəliklərdən imtina əvvəlki siyasətə - yəni, Ermənistanı böhran vəziyyətinə gətirmiş nifrət və təcrid siyasətinə qayıdış deməkdir.
"Ona görə Paşinyan bu gün başa düşməlidir ki, Bakının təyin etdiyi status-kvo daimi olacaq və onu dəyişmək mümkün deyil. Ermənistan uduzmuş tərəf kimi Azərbaycanın, həm də sülhyaratma prosesinin əsas moderatoru olan Rusiyanın iradəsinə tabe olmalıdır", - politoloq bildirib.
Bakı və Moskva regiondakı kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Bu qitələrarası nəqliyyat dəhlizi Mərkəzi, Cənubi Asiya ilə Qafqaz bölgəsi arasında əlaqə üçün böyük əhəmiyyətə malikdir.
"Və əgər Cənubi Qafqazda Azərbaycan qalib kimi öz qaydalarını diktə edirsə, Ermənistanda bunu Paşinyan etməlidir. O vaxt itirməməlidir, pauza və vakuum çökməsinə imkan verməməlidir, opponentlərinə vəziyyəti laxlatmağa imkan verməməlidir. O kimin evin ağası olduğunu göstərməlidir!", - Abbasov bildirib.
Ekspert əmindir ki, Ermənistanın baş naziri Bakı və Moskva ilə sıx təmasda hərəkət etsə, öz vəziyyətini bütün problemlərini həll edəcək və Ermənistandakı situasiyanı qəti surətdə öz xeyrinə çevirəcək.
"Paşinyana bu yeni hökuməti təşkil etmək və nəhayət ki, bölgədəki qarşıdurmaya son qoyacaq və Ermənistanı böhrandan çıxaracaq addımları atmaq üçün lazımdır. Bakı isə baş verənləri izləyəcək", - politoloq aydınlaşdırıb.

Paşinyan Rusiya ilə qarşıdurma kursunu götürüb

Rusiyalı təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov, öz növbəsndə, Paşinyanın əsas səhvini öz strateji müttəfiqi Rusiya ilə qarşıdurmaya yönəlik kursunda görür.
"Onun öz komandasına Ermənistanın Rusiya ilə ittifaqına skeptik yanaşan insanları daxil etməsi ölkənin siyasi həyatında kollapsa gətirdi", - o qeyd edib.
Qərblə siyasi alver, eks-prezident Robert Koçaryanın həbsi, KTMT baş katibi Yuri Xaçaturovun vəzifəsindən çıxarılması Yerevanın Rusiya ilə münasibətlərini ən aşağı soyuqlama nöqtəsinə çatdırıb", Mixaylov bildirib.
"Belə görünür ki, Ermənistanın baş naziri nəticə çıxarmır və indi ciddi-cəhdlə Qarabağ üzrə üçtərəfli bəyanatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində yaxasını qurtarmaq istəyir. Hətta bu razılaşmaların Rusiyanın vasitəçiliyi ilə əldə olunmasına baxmayaraq", - ekspert vurğulayıb.
Paşinyanının bu gün Azərbaycanla sərhədin delimitasiyası və demarkasıyasına mane olması, həm də sərhəd insidentlərinin həllinə KTMT və qərbdəki tərəfdaşlarını cəlb etməyə cəhd etməsi, ekspertin fikrincə, Moskvanın ona rəğbətinin artmasına səbəb olmur.
"Belə davranış Paşinyana yaxşı heç nə vəd etmir. Xüsusən də Azərbaycanla Rusiyanın Ermənistanın bunu istəyib-istəməməsindən asılı olmayaraq, bölgədə kommunikasiyaların açılmasına kökləndiklərini nəzərə alsaq" - Mixaylov deyib.
Həmçinin oxuyun:
Ermənistanın Baş naziri təyin olundu
Deputat: “Bu, ötən il imzalanmış üçtərəfli Bəyanatın kobud şəkildə pozulmasıdır”
Qarabağla bağlı üçtərəfli bəyanatların bəzi müddəalarının icrası gecikir - Ceyhun Bayramov