Ermənistanın Baş naziri təyin olundu

Ermənistan Konstitusiyasına görə, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi dərhal Baş nazir vəzifəsinə təsdiqləyir.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Ermənistan parlamentində çoxluğu təşkil edən "Vətəndaş müqaviləsi" fraksiyası Baş nazir əvəzi Nikol Paşinyanın hökumət başçısı vəzifəsinə namizədliyini rəsmi olaraq irəli sürüb.
Sputnik Ermənistan-ın verdiyi məlumata əsasən, fraksiyanın katibi Nazeni Baqdasaryan parlament çoxluğunun qərarını özünün "Facebook" səhifəsində paylaşıb.
Ermənistan Konstitusiyasına görə, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi dərhal Baş nazir vəzifəsinə təsdiqləyir. Nazirlər Kabineti isə Baş nazir təsdiq olunduqdan sonrakı 15 gün ərzində təşkil edilir.
Ermənistan prezidenti Armen Sarkisyan N.Paşinyanın ölkənin baş naziri təyin olunması haqda sərəncam imzalayıb.

Ermənistanda parlament seçkiləri

İyunun 20-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" 71, "Hayastan" bloku (Robert Koçaryan başçılıq edir) 29, "Şərəfim var" bloku (Serj Sarqsyan rəhbərlkik edir) 7 yer qazanıb.

Deputat mandatından imtinalar

Ermənistan parlamentinə 18 namizəd, o cümlədən “Vətəndaş müqaviləsi” Partiyasının lideri, ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deputat mandatından imtina edib.
Mandatdan imtina edən 16 namizəd “Vətəndaş müqaviləsi” Partiyasını təmsil edir. Paşinyandan savayı, parlamentin spikeri Ararat Mirzoyan da deputat mandatından imtina edib.
Parlamentdə işləməkdən imtina edən digər iki namizəd “Ermənistan” blokunu təmsil edir. Onlardan biri blokun lideri Robert Köçəryan, digəri Marianna Yepremyandır. Parlamentdə yer qazanmış "Şərəfim var" blokundan heç kim deputat mandatından imtina etməyib.
Eləcə də oxuyun:
Kreml Paşinyanın sərhədə Rusiya hərbçilərini yerləşdirmək təklifinə reaksiya verdi
Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq - İlham Əliyev
Politoloq: “Bunlar Ermənistan hakimiyyətində illuziyaların yaranmasına səbəb olub”