Cənub bölgəsi hər zaman özünə məxsus yeməkləri ilə fərqlənib. Bu dəfə şef aşpaz Nüsrət Səlimov qədim milli yeməyimiz olan şamı plovun müasir variantını, yəni burger formasını hazırlayıb:
“Bu gün qazmaq burger hazırlayacağıq. Qazmaq burger qədim şamı plovun daha müasir variantıdır. Mən onu qazmaq burger formasına gətirmişəm. Qazmaq burgerin özəlliyi ondadır ki, içindəki əti qədim yeməyimiz olan şamıdır. Burgerin qazmağında şamı plovun qazmağından istifadə etmişik. Şamı Naxçıvanda və Lənkəranda hazırlanır və bizim qədim milli mətbəximizə aid olan yeməklərdir. Həm kartof şamısı, həm də ət şamısı. Şamının hazırlanma qaydası normal ət kotletindən fərqlidir”.
Kartof şamısı üçün isə 1 kq kartof, 2 ədəd yumurta, zövqə uyğun duz, sumaq, darçın əlavə edilir.