Dərman şirkətləri koronavirusa qarşı vaksinlərin qiymətini qaldırıblar

"Pfizer-BioNTech" şirkəti eyniadlı vaksininin bir dozasının qiymətini 15,5 avrodan 19,5 avroya, "Moderna" şirkəti isə bir doza vaksinin qiymətini 22,6 ABŞ dollarından 25,5 dollara qaldırıb.
Sputnik
BAKI, 1 avqust - Sputnik. "Pfizer-BioNTech" və "Moderna" şirkətləri koronavirus (COVID-19) əleyhinə istehsal edikləri vaksinlərin qiymətlərini artırıb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, "Pfizer-BioNTech" şirkəti eyniadlı vaksininin bir dozasının qiymətini 15,5 avrodan 19,5 avroya (31.3 - 39.4 AZN) qaldırıb.
"Moderna" şirkəti isə bir doza vaksinin qiymətini 22,6 ABŞ dollarından 25,5 dollara (38,4-43,3 AZN) qaldırıb.
Qeyd edək ki Avropa Dərman Agentliyi (EMA) hazırda Avropa İttifaqı ölkələrində yalnız "Pfizer-BioNTech", "Moderna", "AstraZeneca", "Johnson & Johnson" şirkətləri tərəfindən istehsal olunan peyvəndlərin istifadəsinə icazə verib.
Azərbaycan hansı peyvəndləri alıb?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) iyulun 29-da COVID-19 əleyhinə canlı növbə əsasında vaksinasiyanın davam etdiyini bildirib. TƏBİB-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, COVID-19 əleyhinə vaksinlərə əlçatanlığı təmin etmək məqsədilə "Yeni Klinika" Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndləri vurulur. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçirilir. Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.
Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.
Həmçinin oxuyun:
* Ailə qurmazdan öncə vaksin olunun! - TƏBİB
* Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!
* QMİ dindarları vaksin olunmağa çağırıb