CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toya görə həbs edilən var - Ötən sutkanın statistikası

Toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 90 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə olunub.
Sputnik

 

BAKI, 30 iyul — Sputnik. Cümə axşamı, iyulun 29-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 276 toy şənliyinin monitorinqini həyata keçirib.

Bu barədə DİN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Monitorinq 217 şadlıq sarayında, 59 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 90 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib, 219 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Qeyd edək ki, ötən gün açıqlanan statistikaya görə isə, iyulun 28-də təşkil olunan monitorinq 213 şadlıq sarayında, 81 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Nəticədə 100 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib, 4 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 1977 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Eləcə də oxuyun: