BAKI, 29 iyul — Sputnik. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri çərçivəsində Azərbaycanın bu ölkədə Ticarət Nümayəndəliyinin açılışı olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, açılış mərasimində İsraildən olan nazir Yoel Razvozov da iştirak edib və nazirlər Ticarət Nümayəndəliyinin lentini kəsiblər.
"Bu gün tarixi gündür. Ölkələrimiz arasında əlaqələr təxminən 30 il əvvəl qurulduğundan Azərbaycanın İsraildə heç bir nümayəndəliyi yox idi. İndi bu dəyişdi. Bu gün Azərbaycan Təl-Əvivdə Ticarət Nümayəndəliyi açdı və ilk dəfə İsraildə Azərbaycan bayrağı dalğalanacaq. Bu ölkələrimiz və xalqlarımız arasında əlaqələri daha da yaxınlaşdıraraq münasibətlərimizin daha güclü və daha çoxtərəfli olması üçün imkanlara yaradacaqdır. İnanıram ki, bu İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində daha bir addımdır. Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. İnşallah, biz bunu hamımız birlikdə, Azərbaycanda və İsraildə qeyd edəcəyik", - deyə İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanın İsraildə Turizm Nümayəndəliyinin də açılışı olub.
Həmçinin oxuyun:
* İsrail səfiri Azərbaycan xalqına təşəkkür etdi: Biz həqiqətən təsirləndik