İDMAN

“Neftçi”nin qalibiyyət şansı nə qədərdir? - Sənan Şəfizadə danışır

İdman şərhçisi Sənan Şəfizadə deyir ki, “Neftçi” səfərdəki məğlubiyyətin əvəzini çıxa bilsə, lazımi nəticəni təmin etmiş olacaq
Sputnik

Bu gün "Bakcell Arena"da “Neftçi” – “Olimpiakos” oyunu keçiriləcək.  “Ağ-qaralar” ilk matçda minimal hesabla uduzub - 0:1.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, “Neftçi”nin bu mərhələni adlamaq üçün kifayət qədər şansları var: “Cavab oyununun Bakıda keçirilməsi də komandamız üçün əlavə üstünlükdür. Eyniz zamanda rəqib komandanın heyətində ciddi itkilər var və onların  6 əsas oyunçusu bu oyunda iştirak edə bilməyəcək. “Neftçi” səfərdəki məğlubiyyətin əvəzini çıxa bilsə, lazımi nəticəni təmin etmiş olacaq”.

Sənan Şəfizadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz