RUSİYA

Rusiya SN "AstraZeneca" və "Sputnik Layt"ın birgə tədqiqatlarına icazə verdi

Testlərdə 150 pasient iştirak edəcək. Testlərin 2022-ci il martın 2-də yekunlaşdırılması planlaşdırılır.
Sputnik

BAKI, 27 iyul — Sputnik. Rusiya Səhiyyə Nazirliyi koronavirus əleyhinə "AstraZeneca" və "Sputnik Layt" peyvəndlərinin birgə istifadəsinə dair tədqiqatların aparılmasını təsdiqləyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Rusiya Səhiyyə Nazirliyi bildirib.

"Yetkin şəxslərdə yeni növ koronavirus infeksiyası COVID-19-dan profilaktika üçün AZD1222 və rAd26-S birləşməsinin təhlükəsizliyini və immunogenliyini müəyyənləşdirmək üçün I / II mərhələ sadə, təsadüfü sınaqlara icazə verilir", - deyə Rusiya Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Testlərdə 150 pasiyent iştirak edəcək. Testlərin 2022-ci il martın 2-də yekunlaşdırılması planlaşdırılır.

Qamaleya mərkəzi, AstraZeneca, Rusiya birbaşa İnvestisiyalar Fondu 2020-ci il dekabrın 21-də qarşılıqlı fəaliyyət barədə memorandum imzalayıblar. Sənəd "Sputnik V" və  AstraZeneca-nın Oskford Universiteti ilə birgə hazırladığı AZD1222 vaksinlərinin hərəsindən bir komponent olmaqla kombinə edilmiş istifadənin qiymətləndirilməsi üçün kliniki sınaqların hazırlanması və keçirilməsində əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycanda hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər. Azərbaycanın səhiyyə qurumları qabaqcıl ölkələrin vaksinasiya sahəsindəki təcrübələrini diqqətdə saxlayır və COVID-19 xəstəliyi ilə bağlı elmi yeniliklərin müsbət təcrübələri "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na əlavə ediləcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Eləcə də oxuyun: