BAKI, 26 iyul — Sputnik. Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov deyib ki, şənbə-bazar günlərində ictimai nəqliyyatın işləməməsi aktivliyi aşağı salır: "Bu səbəbdən yoluxma sürəti aşağı düşür və biz yoluxma sürətinə nəzarət edə bilirik".
Prezidentin köməkçisi Azərbaycanın quru sərhədlərini açması məsələsinə də toxunub. O bildirib ki, Azərbaycanda yaxın müddət ərzində quru sərhədlərinin açılması müzakirə olunmur.
Ş.Mövsümov həmçinin qeyd edib ki, əgər epidemioloji vəziyyət pisləşəcəksə, qapanmalara getməyə məcbur olacağıq: "Çünki insanlar ölür, xəstəxanalar dolur. Qapanmadan bunun qarşısını almaq mümkün olmayacaq".
Prezidentin köməkçisi bildirib ki, vətəndaşlar qısa müddətdə kütləvi vaksinasiyaya gedəcəksə, qapanmalara da ehtiyac olmayacaq.
Həmçinin oxuyun:
* Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı növbəti qərarı açıqlandı
* Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!
* Ailə qurmazdan öncə vaksin olunun! - TƏBİB
* Azərbaycanda koronavirusa yoluxanlar arasında riskli yaş qrupu açıqlanıb