BAKI, 24 iyul - Sputnik. Rusiyanın elektrik mühərriki ilə təchiz edilmiş Як-40ЛЛ laboratoriya təyyarəsi MAKS-2021 aviasalonunda ilk sınaq uçuşunu keçirib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti-yə Perspektiv Araşdırma Fondunun mətbuat xidmətindən məlumat veriblər.
"Bu dəqiqələrdə MAKS-2021 aviasalonunda Як-40 təyyarəsinin nümayiş uçuşu oldu. Təyyarə yüksək keçiriciliyə malik elektrik mühərriki ilə qaz-turbin mühərriki əsasında hibrid güc qurğusu ilə təchiz olunub. Uçuş zamanı pilot elektrik güc qurğusunu işə salıb", - mətbuat xidmətindən bildirilib.
Elektrik mühərriki ilə qaz-turbin mühərriki əsasında hibrid güc qurğusunu iki adi turboreaktiv mühərrik tamamlayır. O, akkumulyator batareyaları, 500 kVt (680 at gücü) gücündə elektrik nühərriki və enerşi şəbəkəsindən (turboyivli mühərrik və ona qoişulmuş elektrik generatoru) ibarətdir. Yüksək temperatu və yüksək keçiricilik qabiliyyətinə malik texnologiyalar və kriogen soyutma sistemi sayəsində elektrik mühərriki analoqlarından 5-20% sərfəlidir.
Təyyarənin hibrid mühərrikinin sınaqları fevralda Novosibirskdə başlanıb.
MAKS-2021
Jukovski aerodromundakı aviasalon iyulun 20-də başlayıb və iyulun 25-dək davam edəcək. Bu il pandemiya səbəbindən MAKS-2021-də iştirak etmək istəyənlər üçün müəyyən məhdudiyyətlər tətbiq olunub. Sərgiyə yalnız vaksinin vurulması barədə QR-kod, yaxud da mənfi PZR testi nəticəsi ilə girmək olar.
Eləcə də oxuyun:
MAKS-2021 aviasalonu: mülki və hərbi aviakosmik yeniliklər
MAKS-2021 aviasalonunun açılışı belə keçdi
Rusiya aviasiya sahəsində maraqlı olan bütün ölkələrlə əməkdaşlığa hazırdır - Putin