BAKI, 23 iyul — Sputnik. Bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşü çərçivəsində iki ölkə arasında birgə lizinq şirkətinin yaradılması ilə bağlı sənəd imzalanıb.
Sputnik Azərbaycan xəbər verir ki, müştərək şirkəti Azərbaycanın "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi və Rusiyanın "KamAZ" şirkəti yaradır.
Sənəd GAZ Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "KamAZ"ın baş direktoru Sergey Koqoqin tərəfindən imzalanıb.
Gəncə Avtomobil Zavodu
1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.
2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci ilin mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk "Belarus" markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun "MAZ" yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan "GƏNCƏ" və "PƏHLƏVAN" adları daşıyan ilk MAZ-lar işıq üzü görüb.
Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.
Gəncə Avtomobil Zavodunda yığılan UAZ-469
Zavodda 2008-ci ildə 600-ə yaxın traktor və avtomobil istehsal olunmuşdur. 2009-cu ilin aprel ayında zavodda 1000-ci traktor istehsal olundu. 2018-ci ilin aprel ayında Gəncə Avtomobil Zavodunun sayca 10 mininci traktoru istehsal edildi və həmçinin burada 3500-dən çox MAZ avtomobili və qoşqular buraxıldı.
2020-ci ildə "Gəncə Avtomobil Zavodu" Finlandiyanın "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi əsasında "Sampo-Roselew" markalı kombaynların yığımına başlayacağını bildirib.
KamAz
KamAz — Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinın istehsalı üzrə ixtisaslaşmış zavod kompleksi. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir.
Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir.
Həmçinin oxuyun:
* Mikayıl Cabbarov: Rusiya şirkətləri ilə əməkdaşlıq bizim maraqlarımız çərçivəsindədir
* Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi əməkdaşlıq genişləndirilir
* Rusiyanın işgüzar missiyası: ixracatçılar Azərbaycana nə təklif edəcəklər?