SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üçün məlumatlar təklif edir

Mariya Zaxarova qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərrhədlərin delimitasiyası məsələsində kömək etməyə hazırdır.
Sputnik

BAKI, 22 iyul – Sputnik. Rusiya Azərbaycanla Ermənistan sərhədində istənilən gərginliyin eskalasiyasını təəssüflə qarşılayır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə cümə axşamı, iyulun 22-də keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Əlbəttə, biz Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı sahələrində istənilən gərginliyin eskalasiyası faktlarını təəssüflə qarşılayırıq. Əlbəttə ki, bu, regiondakı vəziyyətə  neqativ təsir edir, Azərbaycanla Ermənistan arasında dialoqun normallaşmasına imkan vermir, iki ölkənin əhalisi arasında əsassız itkilərə yol açır”, - o deyib.

Zaxarova həmçinin qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərrhədlərin delimitasiyası məsələsində kömək etməyə hazırdır.

"Əminik ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına dərhal başlanılması  və sonrakı demarkasiya dayanıqlı deeskalasiyanı təmin edə bilər. Biz bu cəhdləri əlimizdə olan müvafiq xəritə məlumatları ilə möhkəmləndirməyə hazırıq. Rusiya tərəfi müzakirələri konstruktiv məcraya yönəltməyə imkan verəcək bir sıra sənədlər hazırlayıb. Hazırda bu istiqamətdə kontaktlar üç ölkənin xarici siyasət, müdafiə qurumları, eləcə də sərhəd xidmətləri xətti ilə davam etdirilir", - Zaxarova söyləyib.

Sərhəddə gərginlik

Müntəzəm olaraq iki ölkənin sərhədində insidentlər baş verir. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.

Bundan sonra Ermənistan ordusunun bölmələri dəfələrlə Azərbaycanın sərhəd boyu yerləşən mövqelərini, eləcə də Qarabağdakı mövqelərimizi atəşə tutub.

Son günlər belə təxribatlar daha da intensivləşib. İyulun 19-u ərzində üç dəfə Naxçıvan ərazisi 

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif çaplı silahlardan atəşə tutulub, bir əsgərimiz yaralanıb.

Eləcə də oxuyun: