Bağdadda güclü partlayış 18 nəfəri öldürdü

İraqın təhlükəsizlik xidmətlərindən bildirilib ki, Bağdadın şərqindəki Mədinət əs-Sədr rayonunda partlayıcı qurğu işə düşüb.
Sputnik

BAKI, 19 iyul - Sputnik. Bağdadda güclü partlayış nəticəsində 18 nəfər həlak olub, 30 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Shafaq agentliyi təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.

İraqın təhlükəsizlik xidmətlərindən bildirilib ki, Bağdadın şərqindəki Mədinət əs-Sədr rayonunda partlayıcı qurğu işə düşüb. İlkin olaraq beş nəfərin öldüyü, 15 nəfərin yaralandığı deyilirdi.

Eləcə də oxuyun:

  • Rəsmi Bakı Bağdada başsağlığı verdi

  • ABŞ Yaxın Şərqdən "Patriot"ları çıxardır

  • Koronavirusun gücü çatmayanları yanğın məhv elədi: xəstəxanada ölü sayı 90-a çatdı