İQTİSADİYYAT

Xaosa son: OPEC+ iştirakçıları nəhayət razılığa gəldilər

OPEC+ ölkələrinin nazirlərinin iki həftə əvvəl qeyri-müəyyən tarixədək təxirə saldıqları iclas bu gün baş tutub. İştirakçılar hasilatla bağlı göstəriciləri müəyyənləşdiriblər.
Sputnik

BAKI, 18 iyul – Sputnik. OPEC+ alyansı neft hasilatının həcmi ilə bağlı kommunike dərc edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, iştirakçılar məhdudiyyətlər bitənədək hər ay neft hasilatını sutkada 400 min barel artırmaq qərarına gəliblər.

Hazırda bu həcm sutkada 5.8 milyon barel təşkil edir. 

OPEC+ neft hasilatında hazırkı gündəlik 5.8 milyon barel/sutka məhdudlaşdırılmasından 2022-ci ilin sentyabrınadək tədricən çıxmağı planlaşdırır.

Məlumata görə, OPEC+ Rusiya ilə Səudiyyə Ərəbistanı üçün 2022-ci il may ayından neft hasilatının məhdudlaşdırılması bazasının sutkada 11.5 milyon barelədək artırılmasını razılaşdırıb.

Bu göstəricilər BƏƏ üçün 330 min, İraq və Küveyt üçün 150 min barel/sutka olacaq.

OPEC+ alyansının növbəti iclası 2021-ci il sentyabrın 1-nə təyin olunub.

--------

14:12

OPEC+ alyansının bütün nümayəndələrinin başçılarının iştirak etdiyi iclas başlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclas videokonfrans formatında keçirilir. Müzakirələrlə iyuldan sonrakı dövr üçün neft hasilatının məhdudlaşdırılması üzrə razılaşmanın parametrlərinin dəqiqləşdiriləcəyi bildirilir.

 

---------

11:39

OPEC+ ölkələrinin nazirlərinin görüşü bu gün, iyulun 18-də baş tuta bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı “İnterfaks” yayıb.

Nazirlərə razılığa gəlmək üçün mane olan əsas məsələlərin yoluna qoyulub-qoyulmadığı barədə sualı cavablandıran agentliyin müsahibi deyib ki, bunları hələ digər iştirakçılarla müzakirə etmək lazımdır, ancaq ümumilikdə məsələlər həll olunub.

Bundan öncə Bloomberg xəbər vermişdi ki, neft hasilatı məsələsində qarşıdurmada olan BƏƏ və Səudiyyə Ərəbistanı artıq razılığa gəliblər. Sonra BƏƏ-nin Energetika Nazirliyi bu məlumatı təkzib etmişdi.

“Yaxınlarda KİV məlumat yayıb ki, OPEC+ iştirakçıları ilə BƏƏ neftin tədarükü barədə razılığa gəliblər. Qeyd edirik ki, hələlik OPEC+ ilə razılaşma əldə edilməyib. Maraqlı tərəflər arasında müzakirə və məsləhətləşmələr davam edir”, - BƏƏ-nin Energetika Nazirliyinin məlumatında deyilir.

OPEC ölkələri nəyi bölüşdürə bilmir

OPEC+ ölkələrinin nazirləri üç dəfə görüşsələr də neft hasilatının həcmi barədə razılığa gələ bilməmişdilər, buna görə danışıqlar qeyri-müəyyən vaxtadək təxirə salınmışdı.

Kartel iştirakçılarının rəyləri neft hasilatının artırılması şərtləri və həcmi barədə üst-üstə düşməyib: Əbu-Dabi istəyir ki, OPEC+ neft hasilatını hazırkı sutkada 3.2 milyon bareldən 3.8 milyon barelədək artırsın.

Qeyri-müəyyənlik qiymətə də təsir edir

OPEC+ ölkələrinin təxminən iki həftə əvvəl görüşmələrinə rəğmən, neft hasilatının həcmi barədə razılığa gələ bilməməsi neft bazarında “qara qızılın” qiymətini bir barel üçün 79 dollara çatdırıb. Birinci şok yatışandan sonra qiymət barel üçün 76 dollara enib.

OPEC+ ilə BƏƏ-nin razılığa gəlməsi barədə söz-söhbətlər isə qiyməti daha da endirib – orta hesabla barel üçün 73 dollar.

BƏƏ-nin Energetika Nazirliyinin şayiələri təkzib etməsindən sonra isə qiymət nisbətən sabitləşərək son iki gündə 73.60 dollar səviyyəsində qərarlaşıb.

Neft kartelinin nazirlərinin tövsiyələri

Bu ərəfədə məlum olub ki, Neft İxracatçıları Ölkələri Təşkilatı ilə OPEC+ iştirakçıları neftin hasilatını avqustdan dekabradək hər ay sutkada 0.4 milyon barelədək artıra bilərlər.

Bu tövsiyəni alyans iştirakçılarına OPEC+ nazirlərinin monitorinq komitəsi verib.

Əlavə olaraq, OPEC+-in neft hasilatının 2022-ci ilin sonunadək “dondurulması” üzrə razılaşmasının vaxtının uzadılması da təklif edilib.

Bu minvalla, OPEC+ ölkələrinin neft hasilatı ümumilkdə avqustdan dekabradək olan dövrdə sutkada 2 milyon barelədək arta bilər. Nəticə olaraq, OPEC+ ölkələri hasilat həcmini ilin sonundaək ancaq sutkada 3.7 milyon barelədək azaldacaqlar.

Eləcə də oxuyun: