RUSİYA

Alim "uzunmüddətli COVID" təhlükəsi barədə

Mütəxəssis vurğulayıb ki, COVID-19-dan sonra IgM anticisimlərinin artması təcili surətdə həkimlərə müraciət etmək üçün siqnaldır.
Sputnik

BAKI, 18 iyul - Sputnik. Biotexnoloq və vaksin hazırlanması üzrə mütəxəssis Dmitri Kuliş "Radio Rossii" ilə söhbətində bildirib ki, xəstəlikdən sonra IgM anticisimlərinin artması "uzun COVID"in inkişaf etməsinin əlaməti ola bilər.

IgM anticisimlərinin səviyyəsi xəstəlik zamanı qalxır, sağaldıqda isə enir, uzunmüddətli müdafiə antitelləri IgG isə, əksinə, artır. Mütəxəssis vurğulayıb ki, COVID-19-dan sonra IgM anticisimlərinin artması təcili surətdə həkimlərə müraciət etmək üçün siqnaldır.

 

"Bu o deməkdir ki, bu qorxulu virus sizin orqanizminizin harasındasa ilişib qalıb və yayılmaqdadır. Bu yerdə isə mən artıq nəsə demək istəmirəm, dərhal müalicə həkiminin yanına qaçıb nə etmək lazım olduğunu müəyyənləşdirmək gərəkdir", - Kuliş deyib.

Biotexnoloq qeyd edib ki, öz təcrübəsində IgM anticisimlərinin xəstəlikdın 8-9 ay sonra da artdığının şahidi olub.

Eləcə də oxuyun: