İQTİSADİYYAT

ABŞ “Şimal Axını 2” layihəsinə niyə qarşıdır? – İlham Şaban danışır

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Baydenin rəhbərlik etdiyi ABŞ-da “Şimal Axını” layihəsinə münasibət əvvəlki administrasiyaların mövqeyindən fərqlənmir
Sputnik

“ABŞ hesab edir ki, “Şimal Axını 2” qaz kəməri Ukrayna və Avropanın enerji təhlükəsizliyini təhdid edir”. Bunu Ukraynada səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın “Şimal Axını 2” layihəsinə qarşı olmasının bir neçə səbəbi var: “Baydenin rəhbərlik etdiyi ABŞ-da “Şimal Axını” layihəsinə münasibət əvvəlki administrasiyaların mövqeyindən fərqlənmir. Layihə ortaya çıxdığı andan etibarən ABŞ bunun əleyhinə çıxış edib. Rusiya bu layihəni reallaşdırmaqla ancaq bir ölkəyə bağlanmış olacaq. Bu Avropa parlamentinin 2005-ci ildə təsiqlədiyi şaxələndirmə siyasətinə ziddir. Həmçinin 2014-cü ildə Ukrayna və Rusiya arasında yaşananlardan sonra ABŞ iki ayağını bir başmağa keçirərək bu layihənin əleyhinə çıxır”.

İlham Şabanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz