İDMAN

FIFA Ozobiçin Azərbaycan millisində oynamasına icazə verdi

Hazırda "Qarabağ" klubunun üzvü olan futbolçu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA tərəfindən FIFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb.
Sputnik

BAKI, 14 iyul — Sputnik. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) "Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə bağlı müraciətini müsbət cavablandırılıb.

AFFA-dan Sputnik Azərbaycan-a bildiriblər ki, bununla bağlı bu gün qitə futbol qurumundan milli assosiasiyaya müvafiq məktub daxil olub.

30 yaşlı yarımmüdafiəçinin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub. FIFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, o, yığmanın formasını geyinə bilər.

Qeyd edək ki, Filip Ozobiç 2016-cı ildən Azərbaycanda çıxış edir. Futbolçu "Qarabağ"dan öncə "Qəbələ"nin şərəfini qoruyub.