CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ucarda küçəyə atılmış körpə həkim nəzarətindədir

Körpənin kim tərəfindən və hansı şəraitdə əraziyə atılması Ucar rayon Polis Şöbəsi tərəfindən araşdırılır.
Sputnik

BAKI, 12 iyul — Sputnik. Ucarda dəmir yolunun kənarındakı istifadəsiz tikiliyə atılan, yerli sakinlər tərəfindən tapılan körpənin həyatına təhlükə yoxdur.

Bu sözləri Ucar rayon Mərkəzi Xəstəxanasının həkimi Şəhla İbrahimovaSputnik Azərbaycan-ın bölgə müxbirinə müsahibəsində bildirib. Yeni doğulan körpənin cinsi oğlan, çəkisi 4 kq 19 qram, boyu 53 sm-dir. Hazırda körpə Ucar rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində, yeni doğulmuşlar palatasına yerləşdirilib və həkim müşahidəsi altındadır.

----------

13:02

Ucarda yeni doğulmuş körpə küçəyə atılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, rayon sakinləri səhər saatlarında fəaliyyət göstərməyən idarə həyətində körpə səsi eşidiblər. Oraya yaxınlaşdıqda beşikdə yeni doğulmuş oğlan uşağı görüblər.

Sakinlər rayon polis şöbəsinə məlumat veriblər. Dərhal polis və təcili tibbi yardım əməkdaşları əraziyə gələrək körpəni Ucar rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Tibbi müayinə edilən körpə hazırda xəstəxanada saxlanılır. Körpənin kim tərəfindən və hansı şəraitdə əraziyə atılması Ucar rayon Polis Şöbəsi tərəfindən araşdırılır.

Qeyd edək ki, bir neçə gün əvvəl bənzər  hadisə Sumayıtda baş verib. İyulun altısında zibil qabından yeni doğulmuş qız uşağı tapılıb. Hadisə şəhərin "Yaşıldərə" yaşayış massivində qeydə alınıb. Körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.

Eləcə də oxuyun: