HADİSƏ

Azərbaycan ərazisində zəlzələ olub

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda bu gün yeraltı təkanlar baş versə də, hiss olunmayıb.
Sputnik

BAKI, 11 iyul - Sputnik. İyulun 11-də Azərbaycanda zəlzələ olub.

Sputnik Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, zəlzələ yerli vaxtla saat 15:27-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydə alınıb.

Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3 -ə bərabər olub.

Zəlzələ hiss olunmayıb.

Bir neçə gün əvvəl isə Xəzər dənizində zəlzələ baş vermişdi.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, iyulun 5-də yerli vaxtla saat 04:02-da Xəzər dənizində zəlzələ qeydə alınmışdır", - Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatda bildirilirdi. 

Həmçinin oxuyun:

Xəzər seysmoloji aktivlik müşahidə olunur: Vulkanın ardınca zəlzələ baş verib