İDMAN

Avropa çempionatının finalında qalib kim olacaq? – Sənan Şəfizadə şərh edir

İdman şərhçisi Sənan Şəfizadə deyir ki, əgər bu hallar olmasa, İtaliya da bu oyunda qalib gəlmək şanslarını saxlayır
Sputnik

Bu gün Londondakı "Uembli" stadionunda İngiltərə və İtaliya yığmaları arasında Avro-2020-nin final oyunu keçiriləcək.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a final oyunundan gözləntilərini bölüşüb.

O bildirib ki, bu oyunun aşkar favoriti olmasa da, bu oyunda İngiltərəni müəyyən mənada üstün hesab edirəm: “Final oyunu bir aylıq futbol həyəcanının kluminasiya nöqtəsi olacaq. İngiltərənin öz evində və azarkeşləri qarşısında oynaması bu oyunda qələbə şanslarını artıran amillərdəndir. Bir çox hallarda oyunu idarə edən hakimlər də ev sahibinə güzəştə getməyə hazır olur. Final oyun bu baxımdan İtaliya üçün çətin olacaq. Çox istərdim ki, 90 dəqiqə ərzində qalibin müəyyənləşdiyi final oyunu izləyək. İstəyim odur ki, oyunda yarımfinal qarşılaşmasındakı kimi mübahisəli penalti qərarı olmasın. Mançininin komandası hər oyuna fərqli taktiki sxemdə hazırlaşır. Əgər dediyim hallar olmasa, İtaliya da bu oyunda qalib gəlmək şanslarını saxlayır”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz