İDMAN

Klublarımızın avrokubok oyunlarına azarkeşlərin buraxılmasına razılıq verilib

Azərbaycan komandalarının avropları rəqibləri ilə keçirəcəyi oyunlarda stadionlar yarıyadək doldurula bilər.
Sputnik

BAKI, 10 iyul - Sputnik. Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb.

Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.

Klublarımızın Avrokubok oyunları

"Neftçi" Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qəbul edəcək. Oyun iyulun 14-də "Bakcell Arena"da olacaq.

İyulun 22-də "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda İsrail "Aşdod"u ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşünə çıxacaq. 

"Sumqayıt" eyni mərhələdə Serbiya "Çukariçki"si ilə, "Keşlə" isə Rusiya "Soçi"si ilə ev oyunlarını iyulun 29-da keçirəcək.