“Turnir təbiətcə bənzərsiz idi. Avropanın 11 şəhəri ən uyğun olmayan məqamlardan birində yarışa ev sahibliyi etdi”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
“Stadion tutumu və koronavirusla bağlı səyahət məhdudiyyətlərinin Bakıdakı tamaşanı çətinləşdirdiyi həqiqət olsa da, yarışın müsbət tərəflərinə nikbinliklə baxa bilərik. 2019-cu ildəki Avropa Liqasının final matçından sonra ölkəmiz bir daha Avropa futbolunun diqqət mərkəzinə düşdü. Elit səviyyəli rəqabəti ölkəmizə gətirməyin yerli azarkeşlər və Azərbaycan xalqı üzərində təsirini qeyd etməmək olmaz. Azərbaycanın da futbol masasında yerinin olduğunu göstərdik. Ümid edirik ki, bu, ölkəmizdəki gənc nəslə və idmançılara ilham verəcək. AFFA ölkəmizdə Danimarka, Çexiya, Türkiyə, İsveçrə və Uelsi qəbul etməkdən, müxtəlif ölkələrdən komandaları bir araya gətirən təşkilatçılıqdan məmnundur. Komandalarını dəstəkləmək üçün Bakı küçələrini gəzən beş ölkənin azarkeşləri üçün turnir boyu əla futbol festivalı oldu”.
Elxan Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz