FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Sevinc və kədər: AVRO-2020 azarkeşlərinin coşqun emosiyaları – fotolentdə

Sputnik

2020-ci il futbol üzrə Avropa çempionatı yalnız 11 müxtəlif şəhərdə təşkil olunmasına görə deyil, həm də koronavirus pandemiyası ucbatından bir il təxirə salınmasına görə də tarixi yarış hesab oluna bilər. Elə bu səbəbdən də futbol üzrə AVRO-2020-nin oyunlarını təşkil edən şəhərlərdəki stadionlarda oyun vaxtı tribunaların tutulması ilə bağlı məhdudiyyətlər var idi.

Xüsusilə də AVRO-2020-nin Bakı və Sankt-Peterburq şəhərlərində keçirilən oyunlarında stadiondakı yerlərin yalnız 50 faizinin tutulmasına imkan verilmişdi. Halbuki Budapeştin (Macarıstan) Ferents Puşkaş stadionunda keçirilən turnirdə yerlər 100 faiz dolub.

Bakı Olimpiya Stadionunda keçirilən qitə çempionatının dörd oyununa ümumilikdə 62 min tamaşaçı qatılıb. Xatırladaq ki, Bakıda Uels - İsveçrə (1: 1), Türkiyə - Uels (0: 2) və İsveçrə - Türkiyə (3: 1) milli komandaları arasında "A" qrupunun üç oyunu və dörddə bir final keçirilib. Həmin oyunda Danimarka və Çexiya milli komandaları qarşılaşıblar və oyun 2:1 hesabı ilə başa çatıb.

Londonun “Uembli” stadionunda keçirilən AVRO-2020-nin yarımfinal oyunlarına isə 60 min tamaşaçı qatılıb. Məlum olduğu kimi, ilk yarımfinalda İtaliya millisi İspaniya komandasını məğlub edib. Oyunların əsas və əlavə vaxtları heç-heçə (1: 1) ilə başa çatıb, 11 metrlik cərimə zərbələrində isə şans italyanların üzünə gülüb (4:2).

Digər yarımfinalda ingilislər əlavə vaxtda danimarkalıları məğlub ediblər (2:1).

Bu bazar günü Londonda, yenə “Uembli” stadionunda İtaliya və İngiltərə milli komandaları arasında Avropa çempionatının final oyunu keçiriləcək.

1 / 14
İspaniya azarkeşləri İsveçrə üzərində qələbəyə sevinirlər.
2 / 14
Azarkeşlər Trafalqar meydanında İngiltərə-Danimarka matçını izləyirlər.
3 / 14
İngiltərəli azarkeşlər komandalarının Danimarka yığmasının qapısına vurduqları ikinci qola sevinirlər.
4 / 14
Danimarkalı azarkeşlər İngiltərə-Danimarka oyunundan sonra.
5 / 14
İspaniyalı azarkeş komandasının İtaliya millisinə penalti zərəblərində uduzduqdan sonra.
6 / 14
Azarkeşlər Belçika-İtaliya matçının izləyirlər.
7 / 14
İtaliyalı azarkeşlər İspaniya ilə oyundan əvvəl.
8 / 14
Fransalı azarkeşlər Lyonda Fransa-İsveçrə matçını izləyərkən.
9 / 14
Rusiya yığmasının azarkeşi AVRO-2020-nin qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən Finlandiya-Rusiya oyunu izləyərkən.
10 / 14
Danimarkalı azarkeşlər Kopenhagendə İngiltərə-Danimarka matçını izləyərkən.
11 / 14
İngiltərəli azarkeşlər Danimarka üzərində qələbəni qeyd edərkən.
12 / 14
Sankt-Peterburqda İsveçrə - İspaniya matçını izləyən ispaniyalı azarkeş.
13 / 14
Azarkeşlər Trafalqar meydanında İngiltərə-Danimarka matçını izləyərkən.
14 / 14
Ukraynalı azarkeşlər Kiyevdə İngiltərə-Ukrayna matçını izləyərkən.