Futbol üzrə İngiltərə millisinin hücumçusu Harri Keyn Avropa çempionatının Danimarkaya qarşı yarımfinal matçının ən yaxşı oyunçusu seçilib.
Bu barədə məlumat UEFA-nın saytında yerləşdirilib.
Londonun "Uembli" stadionunda keçirilən görüş əlavə vaxtda 2:1 hesabı ilə ingilislərin xeyrinə bitib. Keyn oyunun həlledici qolunu 104-cü dəqiqədə vurub.
İyulun 11-də AVRO-2020-nin finalında İngiltərə İtaliya ilə üz-üzə gələcək.