BAKI, 7 iyul — Sputnik. "İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu bu ilin yanvar-may aylarında 339 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,9 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 770-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.
"Güzəştli kreditlərin 95,7%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Kreditlərin 79%-i regionlarda, 21%-i isə Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilib. Ayrılmış vəsaitlərin 37,6%-i sənaye məhsullarının istehsalı və emalı, 53,7%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 8,7%-i isə digər sahələrin inkişafına yönəldilib", - o deyib.
Qeyd edək ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, 2002-2020-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən investisiya layihələrinin ümumi dəyəri 5,9 milyard manat olan 38 mindən artıq sahibkara 2,6 milyard manat güzəştli kredit verilib, 173 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
Xatırladaq ki, Sahibkarlığa Kömək Milli Fondu 1992-ci ildə yaradılmasına baxmayaraq, aktiv fəaliyyətə 2002-ci ildən başlayıb.
Eləcə də oxuyun:
Əliyev Ermənistanın vurduğu zərərlərə görə dövlət qurumlarına 42 milyon manat ayırdı
Elşən Əsədov: “Qərarların qəbul edilməsində iştirak edəcəyik”
Tarif Şurasının qərarları, Ələt İqtisadi Zonası - Həftənin iqtisadi mənzərəsi
Karantinə görə ödənməmiş cərimələr ləğv edilir: Gürcüstan və Azərbaycan reallığı