BAKI, 7 iyul — Sputnik. Baş nazirin mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə ötən il martın 16-da verilmiş tapşırıqlar nəzərə alınmaqla Azərbaycan Mərkəzi Bankında (AMB) vətəndaşların fərdi və kollektiv şəkildə qəbulu müvəqqəti olaraq dayandırılıb.
AMB-dən Sputnik Azərbaycan-a bildirilib ki, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Mərkəzi Bankın inzibati binalarında vətəndaşların yerində qəbulunun müvəqqəti təxirə salınması ilə əlaqədar olaraq vətəndaşların onlayn şəkildə qəbulu istiqamətində əlavə işlər görülüb. Belə ki, vətəndaşlar Mərkəzi Bankın rəsmi internet səhifəsində "İstehlakçıların hüquqları" bölməsinə daxil olmaqla öncədən qəbula yazılmadan rəsmi iş günlərində saat 10:00-dan 11:00-dək "Skype" və ya "WhatsApp" proqramı vasitəsilə videoqəbulda iştirak edə bilərlər. Videoqəbulla bağlı nəzərdə tutulmuş saatlarda hər hansı səbəbdən əlaqə saxlaya bilməyən vətəndaşlar Mərkəzi Bankın "966" qaynar xəttinə zəng etməklə, onlayn və ya yazılı şəkildə rəsmi müraciət ünvanlamaqla və ya 055 966 19 66 "WhatsApp" nömrəsinə mesaj yazmaqla videoqəbula yazıla bilərlər. Qeyd olunanlarla yanaşı, ölkəmizdə pandemiyanın geniş miqyas aldığı dövrdən etibarən Mərkəzi Bankın "966" qaynar xətti iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək daxil olan zənglərin cavablandırılmasını təmin edib, eyni zamanda, vətəndaşların onlayn qəbuluna başlanılıb.
Həmçinin istehlakçıların maliyyə xidmətləri sahəsində qarşılaşdığı suallar və problemlər barəsində məlumat əldə etməsi, eləcə də sorğu və şikayətlərini bildirməsi üçün əlçatanlığın təmin edilməsi məqsədi ilə respublika ərazisində fəaliyyət göstərən bank, bank olmayan kredit təşkilatları və sığorta şirkətlərinə vətəndaşlarla rəsmiləşdirilmiş müqavilələrdə "966" qaynar xəttinin qeyd olunması tələbi qoyulub. Eyni zamanda, həmin təşkilatlara inzibati binalarında (filial, nümayəndəliklər) "966" qaynar xətti barəsində vətəndaşların diqqətini cəlb edən yerlərdə məlumat lövhəsinin yerləşdirilməsi tapşırığı da verilib.
Koronavirus bəlası
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.
Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.
Eləcə də oxuyun:
Azərbaycanda bu tarixədək kredit ödəməyənlərə faiz hesablanmayacaq
Mərkəzi Bank maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinin vaxtını uzadıb
Prezident: Birbaşa xarici sərmayələr olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz