HADİSƏ

Gənc polisi avtomobil vuraraq öldürdü

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb. Qəzanın başvermə səbəbi araşdırılır.
Sputnik

BAKI, 6 iyun - Sputnik. Avtomobillə vurulan polis əməkdaşı dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə dünən gecə Şabran rayonunun Sincanboyad kəndi ərazisində - Bakı-Quba yolunun 124-cü km-də baş verib. Şabran sakini Əbülfəz Kərimov idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə yolu keçmək istəyən, Şabran rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı, 25 yaşlı Təbriz Heybətovu vurub. Təbriz Heybətov aldığı ağır xəsarətdən yerindəcə keçinib.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb. Qəzanın başvermə səbəbi araşdırılır.
Onu da qeyd edək ki, polis əməkdaşı iki ay imiş DİN orqanlarında işə düzəlibmiş. O, nişanlı olub.

Eləcə də oxuyun: