BAKI, 6 iyul — Sputnik. Bakıda külli miqdarda dəyəri olan prezervativlərin oğurlanması ilə bağlı polisə şikayət daxil olub.
Sputnik Azərbaycan "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə iyulun 4-də İran vətəndaşı, 1971-ci il təvəllüdlü Moeinifard Seyidmohammad Mirvəliyullah Nərimanov RPİ-yə ərizə ilə müraciət edərək məlumat verib.
O bildirib ki, AFEN Plazada yerləşən və icarəyə götürdüyü anbardan 663600 manat dəyərində rezin qoruyucu oğurlanıb.
Araşdırma zamanı məlum olub ki, malları həmin anbarın sahibi, 1962-ci il təvəllüdlü Əbülfət Əliyev və şəriki – İran vətəndaşı, 1977-ci il təvəllüdlü Bayat Hassan Alı ona məlumat vermədən Novxanı qəsəbəsində yerləşən başqa bir anbara yığıblar.
Araşdırma davam etdirilir.
Eləcə də oxuyun:
Kriminal qiraət: Damda əməliyyat, səbirsiz toy sahibi və iyunun 25-nin digər hadisələri
"Kitab oğruları" qalmaqalı böyüyür: Nigar Köçərli deputata sərt cavab verib
Göyçayda yeniyetmə ağlasığmaz hərəkət edib, polis onu saxlayıb