İDMAN

Avropa çempionatının ilk finalçısı kim olacaq? – Pərviz Musayevin şərhi

İdman şərhçisi Pərviz Musayev deyir ki, İspaniya komandasının hücum potensialı yaxşı olsa da, bu komandanın müdafiə ilə bağlı problemləri var
Sputnik

Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə start veriləcək. Bu raundun hər iki görüşü İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək. İlk oyun günündə turnirin əsas favoritlərindən ikisi - İtaliya və İspaniya yığmaları finala vəsiqə uğrunda meydana çıxacaqlar.

İdman şərhçisi Pərviz Musayev Sputnik Azərbaycan-a deyir ki, bugünkü oyunda İtaliyanı favorit hesab edir: “Proqnozum odur ki, bu gün İtaliya İspaniyaya qalib gəlməklə finala çıxacaq. İspaniya komandasının hücum potensialı yaxşı olsa da, bu komandanın müdafiə ilə bağlı problemləri var. Xüsusilə biz buna Xorvatiya ilə oyunda şahid olduq. İspaniya topa sahib olmaqda üstünlük qazansa da, müdafiə xətti sarıdan problemlər yaşayır. İtaliya komandasında isə əksinə, rəqibi təzyiq altında saxlaması bu komandanın İspaniya qarşısında daha çox üstünlüyə malik olduğunu deməyə əsas verir”.

Pərviz Musayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz