HADİSƏ

Xəzər dənizində zəlzələ baş verib

Gecə saatlarında Xəzər dənizində zəlzələ qeydə alınıb. Xatırladaq ki, dünən axşamdan dənizdə partlayış və yanğın barədə də məlumatlar yayılıb.
Sputnik

BAKI, 5 iyul — Sputnik. Xəzər dənizində 3,2 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 04:02-də 44 km dərinlikdə qeydə alınıb.

Bundan əvvəl Xəzər dənizində zəlzələ mayın 1-nə keçən gecə qeydə alınmışdı. Həmin vaxt Xəzər dənizində üç zəlzələ qeydə alınmışdı. Onlardan ikincisi Bakıdan cənubda olmuşdu.

Həmçinin oxuyun:

Bakı yaxınlığında zəlzələ olub

Xəzərdə partlayış: Bu anadək nə məlumdur