Futbol üzrə İngiltərə yığması Avropa çempionatının dörddəbir final oyununda Ukrayna millisini böyük hesabla məğlub edib.
Romanın Olimpiya stadionunda keçirilən qarşılaşma 4:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. Komandanın kapitanı Harri Keyn dubla imza atıb (4 və 50-ci dəqiqələrdə). Qalan iki qolu isə Harri Maquayer (46) və Cordan Henderson (63) vurublar.
AVRO-2020-nin finalına çıxmaq üçün ingilislər danimarkalılarla mübarizə aparacaqlar. Oyun iyulun 7-də Londonun "Uembli" stadionunda keçiriləcək.