İDMAN

İtaliya futbolçuları Avropa çempionatının dörddəbir finalında Belçikaya qalib gəliblər

Futbol üzrə İtaliya millisi Avropa çempionatının ¼ final oyununda Belçika yığma komandasını məğlub edib.
Sputnik

Münhendə keçirilən oyun 2:1 hesabı ilə italyanların xeyrinə başa çatıb.

İtaliya komandasında qolları Nikolo Barella (31-ci dəqiqə) və Lorenso İnsinye (44), belçikalıların heyətində isə Romelu Lukaku (45, penalti) vurublar.

Yarımfinalda italyanları İspaniya millisi ilə oyun gözləyir. Oyun iyulun 6-da Londonun "Uembli" stadionunda keçiriləcək.